Modern.az

İğtişaşların qarşısı alınmasa, xaos ola bilərdi - Putin

İğtişaşların qarşısı alınmasa, xaos ola bilərdi - Putin

Dünya

27 İyun 2023, 14:18

"Ölkə üçün çətin bir vaxtda Rusiya Federasiyasının hərbçiləri iğtişaşların qarşısını alıblar, bunun nəticəsi xaos ola bilərdi".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hərbçilər qarşısında çıxışı zamanı deyib.

 

"Rusiya Federasiyasının hərbçiləri və hüquq-mühafizə orqanları faktiki olaraq vətəndaş müharibəsini dayandırdılar. Üsyan zamanı güc strukturları mühüm obyektlərin təhlükəsizliyini, hərbçilərin arxa hissəsinin gücünü təmin edib. Həlak olan pilotlar öz vəzifələrini şərəflə yerinə yetiriblər. Təhlükəsizlik qüvvələrinin çevik və dəqiq işi mülki insanlar arasında itkilərin qarşısını almağa imkan verib", - deyə Putin bildirib.

 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI