Modern.az

Moldova MDB PA-dan çıxır 

Moldova MDB PA-dan çıxır 

27 İyun 2023, 15:30

Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından (MDB PA) çıxmaq prosesinə başlayıb.

 

Modern.az xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu deyib.

 

Onun sözlərinə görə, ölkə artıq MDB PA-nın tərkibindən çıxmaq proseduruna start verib və bir ay ərzində qərarın veriləcəyi gözlənilir:

 

“Təbii ki, biz bəzi hüquqi prosedurlara əməl etməli olacağıq. Qərar layihəsi hökumətə təqdim edilib, nəticəsini gözləyirik. Proses başlayıb və məsələ artıq müzakirə olunur. Qərar layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq”, - deyə Qrosu bildirib.

 

“İstəyirik ki, mümkün qədər tez bir zamanda – cari parlament sessiyasının sonuna kimi MDB PA-nın yaradılması haqqında sazişin ləğvinə səs verək”, - spiker əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi