Belarusun müdafiə naziri Viktor Xrenin nüvə silahı ilə əlaqədar prezident Aleksandr Lukaşenkoya hesabat verib.
Modern.az Belarusun rəsmi BelTA agentliyinə istinadən xəbər verir ki, görüş zamanı maraqlı dialoq yaşanıb.
Belə ki, məruzədən əvvə nazir Lukaşenkoya qeyri-adi xatirə hədiyyəsi təqdim edib: “İcazə verin, bir tapşırığı yerinə yetirim”.
Lukaşenko deyib: "Bombanı gətirmisən?!".
"Doğrudur. İcazə verin, sizə simvolik bir hədiyyə verim - 1949-cu ildə Sovet İttifaqında icad edilən ilk nüvə bombası", - Viktor Xrenin bildirib.
"Deməli, bu köhnədir. Müasiri fərqli görünür. Qoy düşmənlərimiz düşünməsinlər ki, biz burada simvolizmlə məşğuluq və ya nüvə silahına çox sevinirik. Bu, sadəcə olaraq simvolikdir", - Aleksandr Lukaşenko qeyd edib.