Modern.az

Rusiya dağılsa, hamımız öləcəyik - Lukaşenko

Rusiya dağılsa, hamımız öləcəyik - Lukaşenko

27 İyun 2023, 15:24

"Rusiyada xaos olsaydı, Qərb bundan istifadə edəcəkdi. Fikrimcə, Rusiya dağılsa, hamımız dağıntılar altında qalıb öləcəyik".

 

Modern.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

O, Rusiyada "Vaqner"in qiyama qalxmasından sonra Belarus ordusunun döyüşə hazır vəziyyətə gətirildiyini söyləyib. 

 

“Rusiyada hadisələr cərəyan edərkən mən Belarus ordusuna döyüşə hazır vəziyyətə keçməyi tapşırdım. Ordu, Silahlı Qüvvələr, polis, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirildi”, - Prezident vurğulayıb.

 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi