Modern.az

İranın baş komandanı Moskvada - Bu şəxslərlə görüşəcək

İranın baş komandanı Moskvada - Bu şəxslərlə görüşəcək

27 İyun 2023, 15:44

İranın hüquq-mühafizə qüvvələrinin baş komandanı Sərdar Əhmədrza Radan Moskvaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyi məlumat yayıb.

 

Sərdar Əhmədrza Radan Moskvaya iki günlük səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) direktoru Viktor Zolotovla və güc strukturlarının digər nümayəndələri ilə görüşəcək.

 

Görüşlər zamanı hər iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi