Modern.az

Stoltenberqin səlahiyyət müddəti daha 1 il uzadılacaq - KİV

Stoltenberqin səlahiyyət müddəti daha 1 il uzadılacaq - KİV

27 İyun 2023, 16:44

NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti tezliklə daha 1 il uzadılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Euractiv" diplomatik mənbələrə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, Stoltenberqin özü daha əvvəl demişdi ki, o, sentyabrda müddəti başa çatdırmağı planlaşdırır və səlahiyyət vaxtının uzadılmasına cəhd etmir.

 

Məsələ ilə bağlı hələlik heç bir rəsmi reaksiya yoxdur.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi