Modern.az

ABŞ səfirliyindən atəşböcəyi PAYLAŞIMI

ABŞ səfirliyindən atəşböcəyi PAYLAŞIMI

27 İyun 2023, 16:54

"Diqqətinizi Tennessi və Şimali Karolinadakı Great Smoky Mountains Milli Parkındakı göz qamaşdıran atəşböcəklərinə cəlb etmək istəyərdik".

 

Modern.az xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi feysbuk səhifəsindəki paylaşımında qeyd olunub.

 

"Atəşböcəklərin məhz bu növü ən azı 19 atəşböcəyi növündən biridir və dünyada qaranlıqda eyni vaxtı işıq saçan yeganə atəşböcəyidir. Bu böcəklər tam qaranlıq çökdükdən sonra işıq saçmağa başlayır. Eyni vaxtı ışıq saçmaları üçün tam qaranlıq mütləqdir və hər hansı kənar işıqlandırma onları ürküdür", - məlumatda deyilir.

 

"Atəşböcəklərinin bu gözoxşayan ışıq performansını Apalaş dağlarının ətəyində mayın ortalarından iyunun ortalarına qədər uzanan qısa, lakin möhtəşəm bir müddət ərzində müşahidə etmək olar", - səfirliyin paylaşımında bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi