“Çelsi”nin futbolçusu Pyer-Emerik Obameyanq karyerasını Türkiyədə davam etdirə bilər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” qabonlu hücumçunu transfer etmək istəyir. Məlumata görə, İstanbul təmsilçisi artıq 34 yaşlı forvard üçün təklif hazırlayıb.
Qeyd edək ki, Obameyanqın London təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. O, ötən mövsüm 21 oyunda 3 qolla yadda qalıb.