Modern.az

Vaşinqtonda üçtərəfli görüş BAŞLADI - FOTOLAR

Vaşinqtonda üçtərəfli görüş BAŞLADI - FOTOLAR

Ölkə

27 İyun 2023, 18:48

ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

 

Modern.az xəbər verir ki, Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir.

 

Qeyd edək ki, A.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular