Modern.az

Rusiyalı diplomatlar ABŞ-dan çıxarılır

Rusiyalı diplomatlar ABŞ-dan çıxarılır

27 İyun 2023, 19:21

ABŞ-dakı rus diplomatlar xüsusi təyyarə ilə Moskvaya aparılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

“Bir sıra informasiya resursları ABŞ-a uçan Rusiya təyyarəsi ilə bağlı həyəcanlanıb. Sensasiya yoxdur. Təyyarə ABŞ hakimiyyəti tərəfindən üç illik qalma müddətinin başa çatması ilə əlaqədar ölkəni tərk etmək əmri verilmiş rusiyalı diplomatları çıxaracaq”, - deyə Zaxarova "Telegram" kanalında yazıb .

 

O qeyd edib ki, çıxarılan diplomatlar Rusiyanın xarici qurumlarına tətbiq edilən məhdudiyyətlərə görə ölkəni tərk etməyə məcburiyyətində qalıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi