ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, "Vaqner" muzdlularına aid dörd şirkət və bir fiziki şəxs "qara siyahı"ya salınıb.
Sanksiya tətbiq edilən şirkətlər aşağıdakılardır:
Mərkəzi Afrika Respublikasında yerləşən "Midas Ressources SARLU" (Bu ölkədə və ölkədən kənarda "Vaqner" əməliyyatlarında əsas rol oynayır);
Mərkəzi Afrika Respublikasında yerləşən "Diamville SAU" (Yevgeni Priqojin tərəfindən idarə olunan qızıl və almaz satın alan şirkət);
BƏƏ Sənaye Resurslarından bir ticarət şirkəti (Priqojinə maliyyə dəstəyi verir);
Rusiya MMC "DM" (yuxarıda göstərilən şirkətlərlə qızıl satış sxemində iştirak edib).
“Vaqner” qruplaşmasından yüksək vəzifə tutan rusiyalı Andriy İvanov da sanksiya siyahısına düşüb.