Modern.az

NATO \"Vaqner\"in Belarusdakı hərəkətinə nəzarət edəcək

NATO \

28 İyun 2023, 00:50

NATO "Vaqner" muzdlularının Belarusdakı hərəkətlərinə nəzarət edəcək.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

O qeyd edib ki, NATO alyansın hər bir üzvünün, xüsusən də Belarusla həmsərhəd olan ölkələrin təhlükəsizliyini təmin edəcək.

 

“Priqojinin Belarusa köçməsinin nəticələrinə, onun qüvvələrinin bir hissəsinin ehtimal olunan yerdəyişməsinə gəlincə, bu barədə danışmaq hələ tezdir. Amma biz monitorinq edəcəyik və hər bir müttəfiqimizi, xüsusən də Belarusla həmsərhəd olan ölkələri davamlı olaraq qorumaq imkanını təmin edəcəyik", - Stoltenberq deyib.

 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi