Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ağır itki üz verib. İyulun 18-də X.Hidayətqızının bacısı oğlu və onun digər qohumu Ağsu rayonundakı göldə boğulub.
Hadisə ilə bağlı ayrı-ayrı KİV-lər fəqli məlumatlar yaydığından Modern.az saytı olayın təfərrüatlarını Xoşqədəm Hidayətqızının yaxınlarından öyrənib.
Məlum olub ki, telejurnalistin göldə boğulan bacısı oğlunun 15, dəgər yeniyetmənin isə 16 yaşı olub. Onlar bir nəfərin həyatını xilas edərək boğulublar.
Jurnalistin yaxınlarının sözlərinə görə, X.Hidayətqızının bacısıgil Ağsuda deyil, Bakıda yaşayırlar, hadisədən öncə isə Ağsuya toya, eyni zamanda istirahət etməyə gediblərmiş.
”Həmin gün onun bacısı oğlu, uşağın əmisi və bibisi oğlu bazara gediblər. Geri qayıdanda uşağın əmisi göldə çimib sərinləmək istəyib. Və bu zaman boğulmağa başlayıb. Belə olanda yeniyetmələr özlərini suya atıblar ki, onu xilas etsinlər. Uşaqlar əmini xilas edə bilsələr də, öz həyatlarını itiriblər”-deyə X.Hidayətqızının yaxınları bildirib.
Modern.az