İyunun 27-də saat 13 radələrində Tərtər rayonunun Səhləbad kəndində kənd sakini S.Camalov münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə əməli törətməkdə şübhəli bilinən S.Camalov saxlanılıb. S.Camalovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.