Modern.az

Çin ABŞ-ın rəqibi deyil, düşmənidir - Keçmiş diplomat

Çin ABŞ-ın rəqibi deyil, düşmənidir - Keçmiş diplomat

Dünya

28 İyun 2023, 12:56

Çin ABŞ-ın rəqibi deyil, düşmənidir.

 

Modern.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli söyləyib.

 

O, Çini Amerikanın İkinci Dünya Müharibəsindən bəri üzləşdiyi ən böyük xarici təhlükə adlandırıb.

 

"Çin sadə rəqibdən daha çox şeydir. Kommunist Çin düşməndir. Komunist Partiyası ildə 600 milyard dollar dəyərində yeniliklərimizi oğurlayır. Onlar Amerikanın gücünü sarsıtmaq üçün Amerika sahibkarlığından istifadə edir. ABŞ prezidenti Co Bayden bunun baş verməsinə icazə verir", - deyə Heyli bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu