Roma Papasının xüsusi nümayəndəsi Moskvaya səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, xüsusi nümayənd Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakovla danışıqlar aparacaq.
Tərəflər Ukraynadakı vəziyyəti və onun həlli yollarını müzakirə edəcəklər.
"Biz Vatikanın Ukraynadakı səylərini və təşəbbüslərini yüksək qiymətləndiririk", - Peskov vurğulayıb.