Modern.az

Polşa Prezidenti Ukraynaya gəldi

Polşa Prezidenti Ukraynaya gəldi

28 İyun 2023, 15:08

Polşa prezidenti Anjdej Duda Kiyevə səfərə gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, Duda ukraynalı həmkarı Zelenski ilə danışıqlar aparacaq.

 

Görüş zamanı cəbhədəki mövcud vəziyyət, xüsusən Zaporojye AES-dəki təhlükə ilə bağlı məsləhətləşmələr aparılacaq. Liderlər NATO-nun iyul sammitinə hazırlığı da müzakirə edəcək.

 

Xatırladaq ki, bu gün Litva prezidenti Gitanas Nauseda da Ukraynaya səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu