Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Kadırov özünün "Telegram" kanalında yazıb.
O, Putinə regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib.
"Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov qeyd edib.