Modern.az

Millimiz Yunanıstan yığmasına qalib gəldi

Millimiz Yunanıstan yığmasına qalib gəldi

İdman

28 İyun 2023, 19:45

Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, sablyaçılarımız 13-16-cı yerlər uğrunda görüşdə Yunanıstan seçməsi ilə qarşılaşıblar.

 

Saleh Məmmədov, Murad Əkbərov, Ayxan Xasiyev və Maqsud Hüseynlidən ibarət komanda gərgin keçən oyunda 45:43 hesablı qələbə qazanıb.

 

Yığma 13-cü yer uğrunda matça vəsiqə əldə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi