ABŞ prezidenti Co Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirib.
Modern.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə uduzur: “O, açıq şəkildə Ukraynadakı və ölkə daxilindəki müharibəni uduzur”.
Buna baxmayaraq, ABŞ lideri vurğulayıb ki, "Vaqner" qiyamından sonra Putinin mövqelərinin zəiflədiyini söyləmək hələ tezdir.
"Putin bütün dünyada pariyaya çevrilib", - Amerika prezidenti əlavə edib.