Rusiyanın İvanovo vilayətinin qubernatoru Stanislav Voskresenski "Vaqner" muzdlularının qiyamı zamanı bölgədə "İl-22" təyyarəsinin vurulduğunu təsdiqləyib.
Modern.az xəbər verir ki, o, təyyarənin ekipajının öldüyünü açıqlayıb.
“Hərbi xidmət zamanı onların hər biri əsl zabit keyfiyyətlərini nümayiş etdirdi: igidlik, mərdlik və fədakarlıq, anda sədaqət, hərbi borcunu şərəflə yerinə yetirdi”, - Voskresenski bildirib.
Təyyarədə neçə nəfərin olduğu hələlik məlum deyil.
"Telegram" kanallarında təyyarədə 8-10 nəfər adam olduğu barədə məlumatlar yayılıb.