Modern.az

80 yaşlı kişini maşın vurub öldürdü 

80 yaşlı kişini maşın vurub öldürdü 

Hadisə

29 İyun 2023, 00:11

Cəlilabad şəhərinin Qurtuluş prospektində 80 yaşlı kişini minik avtomobil vurub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 1943-cü il təvəllüdlü Yaqub Əliyev xəsarət alıb.

 

Y.Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya açıq kəllə küt travması, sağ təpə gicgah nahiyəsinin əzilmiş cırılmış yarası, sağ baldırın orta aşağı açıq qapalı və çoxsaylı sınıqları diaqnozu qoyulub.

 

Y.Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər