Kosovanın şimalında yerləşən Trude kəndində (Kosovo) yerli polis Serbiya prezidenti Aleksandr Vuçiçin oğlu Danilo Vuçiçin olduğu avtomobili saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Kosovonun “Koha” qəzeti yazıb.
Qeyd olunur ki, Danilo Vuçiçdən üzərindəko “Təslim olmaq seçim deyil” yazılmış köynəyini çıxarmağı tələb ediblər.
Qəzetin məlumatına görə, Danilo Vuçiç Vidovdan bayramı (Serbiyada əsas bayram) münasibətilə Qraçanica monastırına yollanırmış. Qəzet saxlandığı yerdən foto və video yayımlayıb. Görüntülərdə Vuçiçin orada dayandığı vaxt polis əməkdaşlarının avtomobili yoxladığı görünür.
Serbiya prezidenti Aleksandar Vucic jurnalistlərə açıqlamasında məlumatı təsdiq edib və bildirib ki, oğlunun maşınındaa üç dəfə axtarış aparılıb.