Modern.az

Pakistanda silahlı hücum - 9 nəfər öldü

Pakistanda silahlı hücum - 9 nəfər öldü

Dünya

29 İyun 2023, 09:03

Pakistanın Xayber Paxtunxva əyalətində yaşayış binasına silahlı hücum edilib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Hadisə çərşənbə günü səhər saatlarında Mələkənd rayonunda baş verib. Üç silahlı şəxs yaşayış binalarından birinə soxularaq sakinlərə atəş açıb, sonra isə hadisə yerini tərk edib.

 

Bildirilir ki, hücuma səbəb ailələr arasında mübahisə ola bilər.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü