Modern.az

Putin dedi ki, Ukrayna ordusu çox güclüdür - Orban

Putin dedi ki, Ukrayna ordusu çox güclüdür - Orban

Dünya

29 İyun 2023, 10:21

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına iki-üç həftə qalmış prezident Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbana Ukrayna ordusunun çox güclü və yaxşı hazırlıqlı olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Orban Almaniyanın "Bild" nəşrinə müsahibəsində danışıb.

 

Macarıstanın baş nazirinin sözlərinə görə, Putinlə görüşdə onlar Ukrayna haqqında çox danışıblar. Rusiya prezidenti qeyd edib ki, Ukrayna ordusu Qərb ölkələri tərəfindən yaxşı təchiz olunub, Ukrayna əsgərləri isə yaxşı təlim keçiblər.

 

"Putin bildirib ki, hərbi münaqişə başlayarsa, bu, çox çətin olacaq", - Orban deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü