ABŞ 300 km-dən çox mənzilli ATACMS raket sistemlərini Ukraynaya verəcək.
Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşr ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən qeyd edib ki, qərar "ən yüksək səviyyədə" təsdiqini gözləyir.
Mənbələr iddia edirlər ki, Ukrayna ATACMS-in ötürülməsi ilə bağlı ABŞ-dan müsbət siqnallar alıb. Qeyd olunur ki, Vaşinqton tədarükləri “yaxın həftələrdə” elan etməyi planlaşdırır.