Modern.az

Bakıda avtomobil 34 yaşlı şəxsi vurdu

Bakıda avtomobil 34 yaşlı şəxsi vurdu

Hadisə

30 İyun 2023, 09:12

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Namazov Elnur Seymur oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Qeyd edək ki, hadisənin təfərrüatları araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu