Modern.az

Azərbaycanda meyvə və giləmeyvə istehsalı ARTIB

Azərbaycanda meyvə və giləmeyvə istehsalı ARTIB

Ölkə

30 İyun 2023, 11:44

Bu ilin yanvar-may aylarında Azərbaycanda 29 min 500 ton meyvə və giləmeyvə istehsal edilib.

 

Modern.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,4 % çoxdur.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin beş ayında 179 min 944 ton meyvə və tərəvəz idxal edilib. Bu həcmdə meyvə və tərəvəzin idxalı 113 milyon 344 min ABŞ dolları olub. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 29 min 789 ton (14,2 %), dəyər baxımından isə 6 milyon 044 min ABŞ dolları ( 5%) azdır.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR