Modern.az

Sumqayıtda sərnişin sürücünü TALADI

Sumqayıtda sərnişin sürücünü TALADI

Hadisə

30 İyun 2023, 11:56

İyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.

 

Bu barədə "Modern.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

 

Bildirilib ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.

 

Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal