Modern.az

Məşhur gitara ustası Rəmişin “oğlu” ölüb

Məşhur gitara ustası Rəmişin “oğlu” ölüb

19 İyul 2013, 20:29


Məşhur gitara ustası Rəmişin oğlu Hüseyn Hüseynovun dünyasını dəyişməsi ilə bağlı xəbərləri Güllü Hüseynov ( Rəmişin həyat yoldaşı - red) təkzib edib. G.Hüseynova APA-ya açıqlamasında Rəmişin Hüseyn adında oğlunun olmadığını bildirib.

Güllü Hüseynovanın sözlərinə görə, Rəmişin Hüseyn adında oğlu yoxdur: “Qurban olum, qurtarın bu söhbəti. Hamı bilsin ki, Rəmişin oğlu yoxdur. Rəmişin iki qızı var, vəssalam! O adam kimdir, nəçidir, mən bilmirəm. Bu yayılan söhbətlər hamısı yalandır”.

Güllü Hüseynova əlavə edib ki, nə Rəmiş, nə də onun özü bu məsələ ilə maraqlanmayıb: “Mənim xəbərim yoxdur, Rəmiş də bu məsələ ilə maraqlanmayıb. Bilmirik kimdir, niyə ölüb, harada dəfn olunub”.

Qeyd edək ki, Rəmişin Arzu adlı xanımdan qeyri-rəsmi oğlu olduğu iddia edilən Hüseyn Hüseynov (“Quska” adı ilə tanınıb) səkkiz əvvəl Rusiyada həbs olunub və cəzaçəkmə müəssisələrindən birində cəza çəkib. Hüseyn Hüseynova 9 il həbs cəzası kəsilib. Məlumata görə, H. Hüseynovun meyiti artıq ölkəyə gətirilib və Yevlax qəbiristanlığında torpağa tapşırılıb. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi