Modern.az

Qoruqda yanğın hadisəsi baş verib

Qoruqda yanğın hadisəsi baş verib

Təhsil

20 İyul 2013, 11:30


19 iyul 2013-cü il tarixində saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib. Güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 55 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb. Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

ETSN-nin yerli qurumlarının əməkdaşlarının səyləri ilə yanğın saat 21-50 radələrində tam söndürülüb.

Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım