Polşada keçirilən III Avropa Oyunlarında cüdo yarışları start götürüb.
Modern.az xəbər verir ki, bu gün mübarizəyə başlayan qarışıq komandalar bir dəst medalın sahiblərini müəyyənləşdirəcək.
Azərbaycan cüdoçuları da tatami üzərinə çıxıb. Yığmamız yarışa 1/16 finaldan qoşulub.
Millimizin rəqibi Çexiya olub. Bu qarşılaşmaya Rəşid Məmmədəliyev (75 kq), Günel Həsənli (70 kq), Vüqar Talıbov (90 kq), Nigar Süleymanova (+70 kq), Camal Həmzətxanov (+90 kq) və Fidan Əlizadə (57 kq) çıxıblar. R.Məmmədəliyev, G.Həsənli və V.Talıbov qələbələri sıralasa da, N.Süleymanov məğlubiyyətlə üzləşib. C.Həmzətxanovun uğuru isə komandamıza qələbə gətirib – 4:1.
Millimiz səkkizdəbir finalda Fransa ilə üz-üzə gələcək.
Qeyd edək ki, komanda yarışları bu gün başa
çatacaq.