Modern.az

Gürcüstandan Ukraynaya ETİRAZ

Gürcüstandan Ukraynaya ETİRAZ

Dünya

3 İyul 2023, 18:24

Ukraynanın Tbilisidəki müvəqqəti işlər vəkili Aleksandr Şulqa Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Imedi" telekanalı məlumat yayıb.

 

Bildirilir ki, buna səbəb Ukraynanın "Georgian Airways” aviaşirkətinə qarşı sanksiya tətbiq etməsi olub. Ukraynalı diplomata etiraz bildirildiyi ehtimal edilir.

 

Ukraynalı diplomat təxminən yarım saat Gürcüstan Xarici İşlər Nazirliyində olub. Bundan sonra Şulqa mətbuata açıqlama verməyib. Gürcüstan Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı məlumat yaymayıb.

 

Xatırladaq ki, Ukrayna Rusiyaya uçuşları bərpa edən “Georgian Airways” aviaşirkəti və onun direktoru Tamaz Qayaşvilini "qara siyahı"ya salıb.

 

Qərar Gürcüstan hökumətinin etirazına səbəb olub və belə bir addımı qeyri-dost adlandırıb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?