Modern.az

Gəmi batdı: 51 miqrant öldü

Gəmi batdı: 51 miqrant öldü

2 İyul 2023, 13:14

İyulun 1-dən 2-ə keçən gecə göyərtəsində miqrantların olduğu gəmi Kanar adaları yaxınlığında batıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tan-Tan şəhərindən Kanar adalarına istiqamət götürən gəminin batması nəticəsində 3-ü uşaq, 11-i qadın olmaqla, 51 miqrant ölüb.

 

Gəmidəki 4 nəfər isə sağ qalıb, onlar xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, İspaniya Daxili İşlər Nazirliyi bu ilin yanvar-may aylarında Kanar adalarına 4,4 min qeyri-leqal miqrantın gəldiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi