Modern.az

AXCP seçkilərə həsr edilmiş sessiyasını keçirir

AXCP seçkilərə həsr edilmiş sessiyasını keçirir

Təhsil

20 İyul 2013, 13:04

Vətəndaş Həmrəyliyi Partiyasnın qərargahında AXCP-nin növbəti sessiyası keçirilir. Bu barədə Modern.az –a AXCP mətbuat katibi Natiq Adilov məlumat verib. Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyət, seçki ilində partiya qarşısında duran vəzifələr və cari məsələlər daxildir.
İctimai-siyasi vəziyyət və qarşıda duran vəzifələrlə bağlı AXCP sədri Əli Kərimli çıxış edib.
O bildirib ki, Milli Şuranın vahid nnamizədlə çıxış etməsi, dünyaca məşhur ziyalımız Rüstəm İbrahimbəyovun vahiid namizədliyinin irəli sürülməsi dünyanın diqqətini bizə artırıb. 
Əli Kərimli Milli Şuradakı problemlərdən də danışıb. O, Şuranın strukturlarının hələ tam formalaşmadığını, vahid namizəd seçilsə də, Müsavatın öz namizədini hələ saxlamasını və vahid namizəd Rüstəm İbrahimbəyovun, heç bir siyasi qüvvəni təmsil etmədiyi üçün, arxasında təşkilatlanmış siyasi gücün hiss olunmadığını qeyd edib. Ə.Kərimli bildirib ki, bu boşluğu AXCP doldurmalıdır, çünki “cəbhəçilər bu məsələyə səmimiyyətlə yanaşır, kiməsə hesabat, müxalifətin birləşməsi ilə bağlı özünə təsəlli vermək üçün yanaşmır”.

Əli Kərimli sonda Milli Şuranın vahid namizədinə dəstək üçün AXCP-nin qarşısında duran vəzifəni qeyd edib. O, Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürmək üçün bütün ölkə boyu təşəbbüs qrupları yaradılmalı olduğunu vurğulayıb. Daha bir iş kimi o, rayon şöbələrində könüllülər qruplarının konkret funksiyaları göstərilməklə yaradılmasını göstərib. AXCP sədri seçki günü məntəqələrdə müşahidəçi olmaq üçün partiya üzvlərinin səfərbər edilməli olduğunu da diqqətə çatdırıb.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım