Modern.az

Sərkisyandan ETİRAF: “Ermənilər ölkəni tərk edir, bu çox ağrılıdır”

 Sərkisyandan ETİRAF: “Ermənilər ölkəni tərk edir, bu çox ağrılıdır”

Təhsil

20 İyul 2013, 15:53

Ermənistan prezidenti Serj Sərkisyan vətəndaşların kütləvi şəkildə ölkədən getməsi ilə bağlı xəbərlərin əsaslı olduğunu etiraf edib. Modern.az bildirir ki, “Luks” Təhsil Fondunun təqaüdçüləri ilə görüşündə çıxış edən S. Sərkisyan bildirib ki, xarici ölkələrə üz tutan vətəndaşların axını çox ağrılıdır.

“Xarici ölkələrədə yaxşı iş və şərait axtarışı ilə bağlı problem cəmiyyət tərəfindən çox ağırılı qarşılanır. Bunun əsas səbəbi isə ölkəmizidəki hazırkı sosial və iqtisadi vəziyyətdir”-deyə o vurğulayıb.

S. Sərkisyan daha sonra vəd edib ki bu köç uzunmüddətli olmayacaq. “Şübhə etməyin, müəyyən vaxtdan sonra xaricdə xoşbəxtlik axtaran bir çoxları vətənə qayıdacaq. O zaman burda onlara çox rahat olacaq”-deyə Sərksiyan vəziyyətdən çıxmağa çalışıb.   

X. SƏFƏROĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım