Modern.az

Bacısının 25 yaşlı ərini bıçaqlayıb ÖLDÜRDÜ

Bacısının 25 yaşlı ərini bıçaqlayıb ÖLDÜRDÜ

Hadisə

3 İyul 2023, 10:10

Sumqayıtda qətl törədilib.

 

Bu barədə Modern.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, iyulun 2-də Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərəçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir.

 

Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər