Modern.az

39 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

39 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

Təhsil

3 İyul 2023, 10:42

İyun ayında 39 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

 

Bu barədə Modern.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

 

Həmin müddətdə 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə isə imtina cavabı gəlib.

 

Bundan başqa, keçən ay 16 nəfərə dosent, 7 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 12 nəfərə imtina verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu