Modern.az

Polietilen torbaları ekoçantalarla əvəz edək - AKSİYA

Polietilen torbaları ekoçantalarla əvəz edək - AKSİYA

Aktual

3 İyul 2023, 12:25

3 iyul - Beynəlxalq polietilen paketsiz gününə həsr olunan "Polietilen torbaları ekoçantalarla əvəz edək" aksiyası zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən marketlərdə və digər ictimai yerlərdə vətəndaşlara ekoçanta hədiyyə edilib. Eyni zamanda ekokönüllülər tərəfindən onlara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verilib. 

 

Modern.az xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd  polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan ekoçantalardan istifadəyə üstünlük verməkdir. 

 

Qeyd edək ki, yüz illərlə təbiətdə çürümədən qalan polietilen torbalar qısa müddətdə istifadə olunur, atılır və ətraf mühitə ziyan vurur. Odur ki, dəfələrlə istifadə oluna bilən parça, həsir və digər alternativ torbalardan istifadə edərək ətraf mühitin qorunmasında birgə səy göstərək.

 

Xatırladaq ki, plastik tullantıların ətraf mühitə zərərlərinin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı 1 yanvar 2021-ci il tarixindən tam qadağan edilib. 15 fevral 2023-cü il tarixindən etibarən isə market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi müştərilərə ödənişli qaydada təqdim edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq