Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Modern.az - a verilən məlumata görə, havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə isə 27-28° isti olacaq. Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.
Modern.az