Modern.az

Bakıda jurnalistlər üçün yeni bina tikiləcək

Bakıda jurnalistlər üçün yeni bina tikiləcək

Təhsil

21 İyul 2013, 19:01

Mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yenidən bina tikiləcək. Modern.az-ın Azadlıq radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşovun dediyinə görə, sabah – iyulun 22-də Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün ikinci binanın təməli qoyulacaq.

Qeyd edk ki, ölkə prezideninin 2010-cü ildə imzaladığı sərəncamla mətbuat nümayəndələri üçün paytaxtın Bibiheybət qəsəbəsində 156 mənzilli bina tikilib. Binanın açılışı sabah olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım