Ermənistanın paytaxtı İrəvanda Ermənistan-Hindistan siyasi məsləhətləşmələri həyata keçirilib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, məsləhətləşmələrdə iştirak etmək üçün Hindistan XİN rəsmilərindən ibarət nümayəndə heyəti İrəvana səfər edib.
Görüşdə beynəlxalq və regional təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi, o cümlədən iqtisadi, kommunikasiyalar məsələsi müzakirə olunub.