Modern.az

AMB kredit qoyuluşunu kəskin azaldıb

AMB kredit qoyuluşunu kəskin azaldıb

3 İyul 2023, 16:36

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 13 milyon 845 min manat olub.

 

Modern.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

 

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 30,8 % azdır.

 

Eyni zamanda 2023-cü ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli banklara verdiyi kreditlərin ümumi məbləği 288 milyon 889 min manat olub. Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 18,9 % azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama