Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünən 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
Modern.az-ın məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 70 binada keçirilib.
I qrup üzrə 36 883 abituriyent ərizə təqdim edib. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 22 372 nəfərini oğlanlar, 14 511 nəfərini isə qızlar təşkil edir. 21 210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13 766 nəfər isə orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1757 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.
Modern.az saytının xəbərinə görə, imtahanda istifadə olunmuş sualların düzgün cavabları artıq TQDK-nın internet saytında da yerləşdirilib.
Azərbaycan bölməsinin abituriyentləri düzgün cavablara burdan //tqdk.gov.az/Et2013/a1a_e13.htm
Rus bölməsinin abituriyentləri isə burden //tqdk.gov.az/Et2013/r1a_e13.htm baxa bilərlər.
A.Qorxmaz