Ukrayna prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında yazıb.
Liderlər NATO-nun Vilnüs sammiti öncəsi mövqeləri razılaşdırıb və Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarının formatlarını müzakirə ediblər.
"Döyüş meydanındakı vəziyyət barədə məlumat verilib", - açıqlamada deyilir.
Zelenski, həmçinin Rusiya və Belarusdakı son hadisələrlə bağlı qiymətləndirmələri bölüşüb, “taxıl sazişi”nin hazırkı vəziyyətini və onun davam etdirilməsinin vacibliyini müzakirə edib.