Modern.az

İlon Mask 6 ayda 100 milyarda yaxın pul qazanıb 

İlon Mask 6 ayda 100 milyarda yaxın pul qazanıb 

İqtisadiyyat

3 İyul 2023, 22:25

Amerikalı milyarder İlon Mask son 6 ayda 96,6 milyard dollar qazanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 

Bildirilir ki, o, ilin ilk yarısında ən çox pul qazanan milyarder olub.

 

İkinci yeri 58,9 milyard dollar gəlirlə “Meta”nın təsisçisi Mark Zukerberq tutub.

 

Növbəti yerlərdə isə “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison və LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault qərarlaşıb.

 

Dünyanın ən zəngin 500 adamı 2023-cü ilin birinci yarısında ümumilikdə 852 milyard dollar qazana bilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi