Əks-hücum tamamlanana qədər Ukrayna “F-16” qırıcılarını almayacaq. Cəbhə xəttində mövcud vəziyyətlə əlaqədar yaxın vaxtlarda bu barədə qərar qəbul edilməyəcək.
Modern.az xəbər verir ki, bu haqda NATO hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
Onun sözlərinə görə, ukraynalı pilotların, texniki mütəxəssislərin hazırlanması və təyyarələr üçün logistikanın təmin edilməsi əks-hücum bitənə qədər mümkün deyil.
"Üç müdafiə xətti, geniş minalanmış sahələr Ukrayna hərbçilərinin cəbhə xəttində irəliləməsini çətinləşdirir", - admiral etiraf edib.