Modern.az

Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

Dünya

4 İyul 2023, 08:53

İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində Ukrayna-NATO Şurasının ilk iclası təşkil ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

 

Onun sözlərinə görə, Vilnüs sammiti NATO-Ukrayna Şurasının dövlət və hökumət başçıları səviyyəsində ilk iclası olacaq.

 

Qeyd olunub ki, Ukrayna-NATO Şurası Ukraynanın Alyans daxilindəki proseslərə və strukturlara uyğunlaşması istiqamətində böyük addımdır.

 

Xatırladaq ki, NATO-Ukrayna Şurası yeni formatdır, məqsədi Ukraynanın siyasi dəstəyini və üzvlüklə bağlı müraciətlərini göstərməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?