Modern.az

Mikayıl Cabbarovdan facebook istifadəçilərinə müraciət

Mikayıl Cabbarovdan facebook istifadəçilərinə müraciət

Təhsil

22 İyul 2013, 10:47

Təhsil Nazirliyi vətəndaşların suallarını cavablandıracaq. Modern.az xəbər verir ki, 22-25 iyul tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Facebook” səhifəsində təhsil sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallara cavab veriləcək. Bununla bağlı  Nazirlik sosial şəbəkədə istifadəçilərdən xahiş edir ki, Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmayan və təkrarlanan suallarla müraciət etməsinlər. “Əks halda, belə suallar səhifədən silinəcək. Suallar qısa müddət ərzində şərhlər vasitəsi ilə cavablandırılacaq”.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım