Rusiya Federasiyasının Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz müavini Konstantin Polejayevi vəzifəsindən azad edib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.
Səbəb kimi Şebekino və Novaya Tavoljankada mənzillərin bərpası üzrə işlərin keyfiyyətsiz təşkili göstərilib.
"Öz vəzifələrini sistematik şəkildə yerinə yetirmədiyinə, o cümlədən Şebekino və Novaya Tavoljankada mənzillərin bərpası üzrə işlərin keyfiyyətsiz təşkilinə görə qubernatorun müavini Konstantin Alekseyeviç Polejayevi tutduğu vəzifədən azad etmək qərarına gəldim", - Qladkov yazıb.
Qeyd edək ki, Belqorod Rusiya-Ukrayna dövlət sərhədində yerləşən və vaxtaşırı insidentlərin qeydə alındığı vilayətdir.